Xəbərlər

Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək, sənəd qəbulu başlayıb.

Azərbaycanda yanvarın 14-dən 26-dək magistraturaya sənəd qəbulu aparılacaq, I cəhd imtahanı isə fevralın 15-də olacaq. Qeyd edilib ki, bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu […]

Xəbərlər

Qiymətləndirmə motivasiyanı öldürür? – Azərbaycanda yeni yanaşma VACİBDİR !

Azərbaycanda orta və ali təhsil sistemində qiymətləndirmə sistemi təhsilalanların bilik, bacarıq və səriştələrinin obyektiv ölçülməsinə xidmət edir. Bu sistem şagird və tələbələrin akademik nailiyyətlərini müəyyənləşdirməklə yanaşı, tədris prosesinin keyfiyyətinin artırılmasına və nəticəyönümlü təhsilin formalaşmasına mühüm təsir göstərir. Hazırkı qiymətləndirmə sistemi şagird və tələbələrin motivasiyasını artırmaq baxımından nə dərəcədə effektivir? Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm […]

Xəbərlər

İxtisas qrupları üzrə hazırlıq şagirdlərin dünyagörüşünü məhdudlaşdırır!

Müasir təhsil sistemində yuxarı sinif şagirdlərinin əsas diqqəti seçdikləri ixtisas qrupu üzrə hazırlığa yönəlir. Bu yanaşma şagirdlərin müəyyən fənləri daha dərindən öyrənməsinə şərait yaratsa da, digər fənlərin tədrisdə rolunun azalması ilə bağlı müzakirələrə səbəb olur. Xüsusilə, bu modelin şagirdlərin ümumi dünyagörüşünə necə təsir göstərdiyi sual doğurur. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb. Şagirdlərin ixtisas qruplarına […]

Texnoloji Yeniliklər

DİM dövlət qulluqçusu olmaq istəyən 1 500-ə yaxın namizəd üçün imtahan keçirəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək. İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana […]

Xəbərlər

Ötən il 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.

2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib. Onun sözlərinə görə, “təhsildə sosial iş” xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib: “Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə […]

Xəbərlər

“İlin gənc müəllimi” Bu mükafat ətrafımdakı minlərlə müəllimə motivasiya oldu!

Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar. Təhsil sahəsində öz əməyilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər. Belə uğurlu müəllimlərdən biri də ibtidai sinif müəllimi, “İlin gənc müəllimi – 2024” müsabiqəsinin […]

Xəbərlər

Müxtəlif səbəblərdən təhsili başa vurmayan şəxslərə 10 iş günü müddətində arayış veriləcək.

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası təsdiqlənib. Qərarla həmçinin “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ləğv edilib. Yeni təsdiqlənən qaydalara əsasən, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və […]

Xəbərlər

Son 4 ayda yüzlərlə tələbə universitetlərdən xaric olunub – SƏBƏBLƏR

Ali təhsil müəssisələrində tələbələrin müvəqqəti və ya daimi şəkildə kənarlaşdırılması hallarına müəyyən dövrlərdə rast gəlinir.Maraqlıdır, 2025-2026-cı tədris ilinin I semestrində bu prosedurun əhatə etdiyi tələbə sayı nə qədər olub? Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, 164 tələbə universitetdən kənarlaşdırılıb “Onlardan 139-u müxtəlif səbəblərdən əsasən öz istəyilə, təhsil haqqı borcu, ölüm və digər hallarla əlaqədar universiteti […]

Texnoloji Yeniliklər

DİM imtahanlarda yoxlama prosesini daha da sərtləşdirəcək?

2025-ci ildə keçirilən qəbul imtahanlarında 11 abituriyent müxtəlif texniki vasitələrdən istifadə etməkdə ittiham olunub. Onlardan 9 abituriyentin imtahan nəticəsi ləğv edilib və ixtisas seçiminə buraxılmayıblar. Qalan 2 abituriyent isə binaya daxil olana qədər həmin texniki vasitələri çıxardığından və imtahanda adi qaydada iştirak etdiyindən, onların nəticələri qüvvədə saxlanılıb. Maraqlıdır, bu il imtahanlarda abituriyentlərin yoxlanışı daha da […]

Xəbərlər

Prezident Azərbaycanla Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Əlavə Protokolu təsdiq edib !

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında peşə təhsilinə dair Əlavə Protokolu təsdiqləyib. Dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci […]