Xəbərlər

Kimlərə təhsil tələbə krediti verilmir? – RƏSMİ !

Təhsil tələbə krediti ali və orta ixtisas təhsili alan tələbələrə təhsil haqqını ödəməkdə dəstək olmaq üçün dövlət tərəfindən təqdim edilən maliyyə mexanizmidir. Kredit əsasən güzəştli və ya standart şərtlərlə verilir, təhsil müddətində və müəyyən möhlət dövründə geri ödəniş tələb olunmur. Məqsəd maddi imkanlardan asılı olmayaraq gənclərin təhsilə çıxışını təmin etməkdir. Maraqlıdır, təhsil tələbə kreditindən kimlər […]

Xəbərlər

20 Yanvar şəhidi olan məktəblilərimiz…

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.  Qanlı Yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında  şagirdlərimiz də oldu. Onlar Larisa Məmmədova, İlqar İbrahimov, Vera Bessantina və Nəriman Hüseynovdur. Həmin o faciə yaşanılan günə qədər şagird kimi öz doğma məktəblərinə sevə-sevə  gedirdilər. Hər birinin […]

Xəbərlər

Ən çox ixtisası olan UNİVERSİTETLƏR.

Ən çox ixtisas tədris edən universitetlər müxtəlif sahələr üzrə geniş təhsil imkanları təqdim edərək tələbələrin maraq və bacarıqlarına uyğun seçim etməsinə şərait yaradır. Bu ali təhsil müəssisələri elm, texnologiya, humanitar və sosial sahələri əhatə edən zəngin ixtisas spektri ilə fərqlənir. Maraqlıdır, ən çox ixtisas tədris edən universitetlər hansılardır? Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı ali təhsil müəssisələrinə […]

Xəbərlər

Azərbaycan universitetlərində neçə iranlı tələbə oxuyur? – SORĞU

Bildiyimiz kimi, İranda son dövrlərdə iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar və hökumətin siyasətinə qarşı genişmiqyaslı etirazlar müşahidə olunur. İnsanlar daha çox hüquq və azadlıqlar, iqtisadi vəziyyətin yaxşılaşdırılması və siyasi islahatlar tələb edirlər. Xüsusilə cənubi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə milli özünüdərk və hüquq tələbləri günbəgün güclənməkdədir. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 300-dən çox iranlı tələbə təhsil alır ADA Universitetində hazırda […]

Xəbərlər

“Evrika” deyən gənclər: Kiçik yaşda böyük ixtiralara imza atan azərbaycanlılar.

Hər il Azərbaycandan olan məktəblilər robot texnologiyaları sahəsində innovativ ideyalarla beynəlxalq müsabiqələrdə iştirak edirlər. Onların hazırladıqları robotlar təkcə əyləncə üçün deyil, həm də sosial problemlərin həllində istifadə olunur.  Belə ki, Bakı şəhəri 62 nömrəli məktəb-liseyin şagirdi Həsən Quliyev ilk aerokosmik startapı 13 yaşında ikən  “AzAstro”nu təsis edib. H.Quliyev həm “Kiçik Akademiya”nın prezidenti, həm də startapın icraçı direktoru kimi […]

Xəbərlər

Gənclər dövlət qulluğuna daha çox maraq göstərir – STATİSTİKA.

Dövlət qulluğu ölkədə idarəetmənin səmərəli təşkili və ictimai maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Peşəkar, bilikli və məsuliyyətli kadrların dövlət idarəçiliyinə cəlb olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan dövlət qulluğuna qəbul prosesi daim diqqət mərkəzində saxlanılır və cəmiyyətin müxtəlif təbəqələri üçün bərabər imkanların yaradılması əsas məqsəd kimi müəyyən olunur. Maraqlıdır, son beş ildə […]

Xəbərlər

Təhsildə suallar dəyişir “nə öyrəndi?” yox, “nə bacarır?”

2026-cı il təhsil sahəsində transformasiya ili kimi dəyərləndirilir. Həm Azərbaycanda, həm də dünyada təhsilin mahiyyətinə təsir edən əsas dəyişikliklərin davam etdiyi, yeni yanaşma və tendensiyaların formalaşdığı bir mərhələyə daxil olunur. Bu proses təkcə dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmır; texnologiya, bacarıqların inkişafı, maliyyələşdirmə mexanizmləri və təhsil strategiyaları da yeni məzmun qazanır. Bu baxımdan, 2026-cı ildə təhsildə […]

Xəbərlər

Yanvarın 31-də təhsilini bitirməyənlər üçün eksternat qaydada imtahan keçiriləcək.

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. İmtahan yanvarın 31-i saat 11:00-da […]

Xəbərlər

Sertifikasiya: ikinci mərhələdə praktik bacarıq TƏLƏBİ !

Bu il Tarix, Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət fənləri üzrə müəllimlər ilk dəfə sertifikasiyaya cəlb olunacaqlar. Qeyd edək ki, tarix istisna olmaqla, bu fənnlər əsasən praktik xarakter daşıyır. Ancaq imtahan elektron formada keçiriləcək və praktik yox, nəzəri bilikləri ölçəcək. Bəs, praktiki fənlər ilə digər fənlər niyə eyni formada imtahan verilməlidir? Burada hər hansı […]

Xəbərlər

Rəqəmsal İqtisadiyyat fakültəsində “20 Yanvar – Azadlıq uğrunda qanla yazılan tarix” mövzusunda anım tədbiri keçirilib.

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “20 Yanvar – Azadlıq uğrunda qanla yazılan tarix” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə fakültənin dekanı, dosent Elman Cəfərov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda ən şanlı səhifələrindən biri olduğunu bildirib. O, 1990-cı il yanvarın […]