Xəbərlər

Bakı universitetlərdə dərslər onlayn olacaq:

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib: Qeyd olunub ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən […]

Xəbərlər

Azərbaycanda ali təhsil ocağı ləğv edildi:

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir. Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərlər

Emin Əmrullayev ibtidai təhsildən danışdı:

“Bünövrə çox vacibdir, birbaşa rəqəmsal bacarıqlara keçmək problem yarada bilər”. Elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib:Emin Əmrullayev bildirib ki, rəqəmsal bacarıqların inkişafı üçün ilk növbədə möhkəm təhsil bünövrəsi formalaşdırılmalıdır:“Bünövrə çox vacibdir. Əgər çox yaxşı ibtidai təhsil sisteminiz yoxdursa və “mən birbaşa […]

Xəbərlər

Süni intellekt iş həyatını necə dəyişəcək? 

“Süni intellekt insanları rutin işlərdən azad edib, dəyər yaratmağa yönəltməlidir”. Bu sözləri “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib. Fərid Məmmədov süni intellekt və rəqəmsallaşmanın tətbiqində əsas istiqamətlərdən birinin məhsuldarlığın artırılması olduğunu bildirib: “İkincisi, məhsuldarlıqdır. Biz təşkilatımızdakı insanların yeni […]

Xəbərlər

Azərbaycanda Bilik Günüdür!

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq. Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris […]

Xəbərlər

Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək :

“SABAH proqramlarının müəssisə, ixtisas və tələbə sayının artırılması Azərbaycan ali təhsili üçün irəliyə doğru addımdır”. Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib: Nazir bildirib ki, SABAH proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. “Növbəti yeni ali təhsil müəssisələri ilə bağlı danışarkən “Azcon Holding”lə birlikdə Azərbaycan Texniki Universitetinin nəzdində Münhen Universiteti ilə əməkdaşlıqda […]

Xəbərlər

Adil Vəliyev: 12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur

12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib. Onun sözlərinə görə, bakalavr təhsilinin üç ilə endirilməsi “Ali təhsil haqqında” yeni qanunvericilikdə indiki reallıqda mümkün deyil: “Çünki burada məsələni kompleks həll etməliyik. “Təhsil haqqında qanun”da və […]

Xəbərlər

Bakı dünya siyahısında 29-cu oldu – PISA-dan sevindirici nəticə

“Bakı şəhərinin PISA-da riyaziyyat üzrə 465 bal toplaması təhsilimiz üçün çox yaxşı nəticədir” Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib. Nazir PISA bal şkalasının mahiyyətinə toxunaraq bildirib ki, bu göstəricilər şagirdlərin nəticələrini müxtəlif illərdə və ölkələr arasında müqayisə etməyə imkan verir. E.Əmrullayev qeyd edib […]

Xəbərlər

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə […]

Xəbərlər

DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, “YAŞAT” Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 […]