Qeydiyyat BİTDİ: ali təhsil almaq istəyən abituriyentlərin SAYI…

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı bitdi.

Dövlət İmtahan Mərkəzindən əldə olunan məlumata görə, ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) ərizə qəbulu prosesi çərçivəsində qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb. Ümumilikdə 135 018 nəfər qeydiyyatdan keçib.

Onlardan 131 510 nəfəri ali təhsil müəssisələrinə qəbul olmaq üçün (122 030 nəfər Azərbaycan bölməsi, 12 988 nəfər rus bölməsi), 121 341 nəfəri isə kolleclərə (111 195 nəfər Azərbaycan bölməsi, 10 146 nəfər rus bölməsi) sənəd verib.

Ali təhsilin I–IV ixtisas qrupları üzrə I cəhd test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı isə 97 406 nəfər təşkil edir. Bunlardan 87 023 nəfər Azərbaycan, 10 383 nəfər rus bölməsinin payına düşür.

I ixtisas qrupu üzrə 34 010 nəfərdən 30 548 nəfəri Azərbaycan bölməsi, 3 462 nəfəri rus bölməsi üzrə qeydiyyatdan keçib.

II ixtisas qrupu üzrə 28 521 nəfərin 25 737-si Azərbaycan bölməsi, 2 784-ü rus bölməsi üzrədir.

III ixtisas qrupu üzrə 28 351 nəfərin 25 270-i Azərbaycan bölməsi, 3 081-i isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

IV ixtisas qrupu üzrə isə ümumilikdə 6 524 nəfərdən 5 468 nəfər Azərbaycan bölməsi, 1 056 nəfər rus bölməsi üzrədir.

Bundan əlavə, “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında iştirak edəcək abituriyentlərin sayı 11 557 nəfərdir. Onlardan 10 812 nəfəri buraxılış imtahanı çərçivəsində, 745 nəfəri isə qəbul imtahanı çərçivəsində iştirak edəcək.

Qeyd edək ki, 2025-ci ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə “məqbul” qiymət alan və cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 1 231 nəfərdir.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız