Özəl universitetlərdə plan yerlərinin çoxu bu iki qrupa AYRILIB !

2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsi işıq üzü görüb.

Abituriyent” 12 jurnalına istinadən, ötən il özəl ali təhsil müəssisələrinə 2025-ci ildə 10317 plan yeri ayrılıbmışdır:

Bu, 2024-cü illə müqayisədə 11.27% (1045 yer) çoxdur. Plan yerlərinin 54.11%-i Azərbaycan, 45.89%-i isə hər iki bölmə abituriyentlərinin birgə müsabiqəsi üçün nəzərdə tutulmuş, rus bölməsi üzrə plan yeri ayrılmamışdır.

Plan yerlərinin 16.95%-i birinci, 39.64%-i ikinci, 35.80%-i üçüncü, 5.57%-i dördüncü, 2.04%-i isə beşinci ixtisas qrupuna aid olub. Ötən illərdə olduğu kimi 2025-ci ildə qəbul planının əsas hissəsi (75.44%-i) II və III qrup ixtisasları üçün nəzərdə tutulmuşdu.

Özəl ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə qəbul planı dövlət ali təhsil müəssisələrinin müvafiq qrup üzrə qəbul planının 9.59%, IV qrup üzrə 13.86%, V qrup üzrə 4.83%-nə bərabər olduğu halda, II qrup üzrə 38.12%, III qrup üzrə 31.63%-nə bərabər olub. Bütün qruplar üzrə isə özəl ali təhsil müəssisələrinin qəbul planı dövlət ali təhsil müəssisələrinin qəbul planının 21%-i qədər olmuşdur.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız