Buraxılış imtahanında ikinci dəfə iştirak edənlərə VACİB XƏBƏR – Bu qaydanı BİLMƏLİSİZ!

Ali məktəblərə qəbul prosesi ilə bağlı ən çox verilən suallardan biri buraxılış imtahanının nəticəsinin neçə il qüvvədə qalması və əvvəlki ilin nəticəsindən istifadə imkanları ilə bağlıdır.

Qəbul imtahanlarının birinci mərhələsinin, yəni buraxılış imtahanının nəticəsi 2 il müddətində qüvvədə qalır.

Bu o deməkdir ki, abituriyent cari ildə yenidən buraxılış imtahanında iştirak etmədən əvvəlki ilin nəticəsi ilə də müsabiqəyə qatıla bilər. Eyni zamanda, o, nəticəsini yaxşılaşdırmaq məqsədilə yenidən imtahan vermək hüququna malikdir.

DİM-in məlumatına əsasən, abituriyent hər iki ildə buraxılış imtahanında iştirak edərsə, ixtisas seçimi zamanı hansı nəticə ilə müsabiqəyə qatılacağını özü müəyyənləşdirir.

Qeyd edək ki, buraxılış imtahanının nəticəsi V ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində cari və növbəti tədris ilində istifadə oluna bilər. I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə müvafiq ildə qəbul imtahanının ikinci mərhələsində də iştirak etməlidirlər.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız