Ən aşağı keçid ballı ixtisaslar – SİYAHI…

Artıq 9-cu sinif şagirdlərinin buraxılış imtahanları yekunlaşıb və onlar öz nəticələri ilə tanış olublar. Şagirdlər arasında orta ixtisas təhsili (kollec) almağı planlaşdıranların sayı da az deyil.

Bu səbəbdən şagirdləri maraqlandıran əsas məqamlardan biri hansı kolleclərə və ixtisaslara daha aşağı ballarla qəbul olmağın mümkün olmasıdır.

2025-ci ilin keçid ballarına əsasən Bakıda fəaliyyət göstərən kolleclər üzrə ən aşağı keçid balı qeydə alınan ixtisasları təqdim edir:

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində ən aşağı keçid ballı ixtisaslardan biri “Sosial iş” ixtisası olub və bu ixtisas üzrə keçid balı 164.8 bal olub (ödənişli əsaslarla qəbul üçün 135.0 bal). Digər aşağı keçid balı olan ixtisas isə “Vergi işi” olub və burada keçid balı 175.8 bal təşkil edib (ödənişli əsaslarla 148.9 bal).

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kolleci üzrə ən aşağı keçid balı “Kargüzarlıq və arxiv işi” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 147.3 bal olub (ödənişli əsaslarla 117.4 bal). Digər ixtisaslar üzrə isə “Kitabxana işi” 148.6 bal (ödənişli 112.6 bal), “Mühasibat uçotu” isə 175.2 bal (ödənişli 138.1 bal) olub.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kolleci üzrə ən aşağı keçid balı “Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 121.8 bal olub (ödənişli əsaslarla 105.7 bal). Digər ixtisaslar üzrə isə “İaşə müəssisələrinin servisi” 126.0 bal (ödənişli 105.6 bal), “Konservləşdirmə və qida konsentratları texnologiyası” 132.7 bal (ödənişli 115.7 bal), “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” 136.9 bal (ödənişli 121.2 bal), “Ət və ət məhsullarının texnologiyası” 138.1 bal (ödənişli 109.7 bal) olub.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecdə ən aşağı keçid balı “Kargüzarlıq və arxiv işi” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 142.6 bal olub (ödənişli əsaslarla 104.5 bal). Digər ixtisaslar üzrə isə “Sosial iş” 164.4 bal (ödənişli 128.8 bal), “Vergi işi” isə 174.3 bal (ödənişli 137.2 bal) olub.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində ən aşağı keçid balı Qabiliyyət tələb edən – “Dekorativ tətbiqi sənət (zərgərlik)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 111.1 bal olub (ödənişli əsaslarla 78.5 bal). Digər ixtisaslar üzrə isə “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” 130.7 bal (ödənişli 105.8 bal), “Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” 131.0 bal (ödənişli 109.3 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 134.9 bal (ödənişli 111.4 bal), “Poliqrafiya istehsalatının texnologiyası” 135.8 bal (ödənişli 104.6 bal), “Kargüzarlıq və arxiv işi” 146.5 bal (ödənişli 120.1 bal), “İstehlak mallarının ekspertizası” 152.7 bal (ödənişli 118.0 bal) olub. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Dövlət Pedaqoji Kollecində ən aşağı keçid balı Qabiliyyət tələb edən “Dekorativ-tətbiqi sənət (bədii keramika, bədii şüşə)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 122.4 bal olub (ödənişli əsaslarla 78.3 bal). Qabiliyyət tələb edən digər ixtisaslar üzrə isə “Rəngkarlıq (dekorativ rəngkarlıq, teatr-dekor rəngkarlığı)” 123.2 bal (ödənişli 92.6 bal), “Fiziki tərbiyə müəllimliyi” 127.4 bal (ödənişli 97.8 bal) olub. Digər ixtisaslar üzrə isə “Mədəni kütləvi tədbirlərin təşkilatçısı” 135.4 bal (ödənişli 105.7 bal), “Ailə və ev təhsili” 136.0 bal (ödənişli 111.9 bal), “İnklüziv təhsil” 148.9 bal (ödənişli 108.3 bal) olub.

Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ən aşağı keçid balı “Vaqon və refrigerator təsərrüfatı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 130.9 bal olub (ödənişli əsaslarla 105.7 bal). Digər ixtisaslar üzrə isə “Ətraf mühitin mühafizəsi və bərpası” 135.0 bal (ödənişli 108.4 bal), “Radio, televiziya vasitə və qurğuları” 139.5 bal (ödənişli 109.4 bal), “Poçt rabitəsi” 147.2 bal (ödənişli 114.8 bal), “Telekommunikasiya şəbəkələri və xətləri” 150.4 bal (ödənişli 115.2 bal), “Mobil şəbəkə sistemləri və operatorluğu” 153.5 bal (ödənişli 120.1 bal), “Çoxkanallı telekommunikasiya sistemlərinin istismarı” 157.8 bal (ödənişli 110.9 bal) olub.

Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsili pilləsində ən aşağı keçid balı “Qabiliyyət tələb edən “Xoreoqrafiya sənəti (klassik, xalq)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 30 bal olub. Digər qabiliyyət tələb edən ixtisas üzrə isə “İnstrumental ifaçılıq (fortepiano, qarmon, tar, nağara)” 75.2 bal olub (ödənişli əsaslarla 50.0 bal).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində ən aşağı keçid balı qabiliyyət tələb edən “Teatr-dekor sənəti” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 144.7 bal olub (ödənişli əsaslarla 89.9 bal). Qabiliyyət tələb edən digər ixtisas isə “Dekorativ-tətbiqi sənət (sahələr üzrə)” 157.8 bal olub (ödənişli əsaslarla 108.5 bal).

Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində ən aşağı keçid balı “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 117.4 bal olub (ödənişli əsaslarla 95.2 bal). Digər ixtisaslar üzrə isə “Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı” 124.7 bal (ödənişli 97.5 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 132.6 bal (ödənişli 106.4 bal), “Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” 141.8 bal (ödənişli 103.3 bal), “Energetika və elektroenergetika” 146.8 bal (ödənişli 111.2 bal), “Tibbi avadanlıqlarının quraşdırılması və istismarı” 148.1 bal (ödənişli 115.3 bal), “Nəqliyyat vasitələrinin texniki istismarı” 149.2 bal (ödənişli 108.8 bal), “Nəqliyyatda avtomatika, telemexanika (nəqliyyat növləri üzrə)” 148.0 bal (ödənişli 107.2 bal) olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində ən aşağı keçid balı “Məişət tullantılarının idarə olunması” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 115.5 bal olub (ödənişli əsaslarla 94.6 bal). Digər ixtisaslar üzrə isə “İşıq texnikası və işıq mənbələri” 124.6 bal (ödənişli 97.2 bal), “İstilik təchizatı və istilik texnikası avadanlıqları” 126.5 bal (ödənişli 95.4 bal), “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” 129.9 bal (ödənişli 98.4 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 130.5 bal (ödənişli 100.6 bal), “Elektrik stansiyası və yarımstansiyası avadanlıqlarının quraşdırılması” 131.5 bal (ödənişli 102.2 bal), “Elektrik təchizatı (sahələr üzrə)” 138.1 bal (ödənişli 102.6 bal), “Neft-qaz qurğuları” 149.4 bal (ödənişli 108.0 bal) olub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən İnşaat Kollecində ən aşağı keçid balı “Sanitar texniki qurğularının quraşdırılması və istismarı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 118.7 bal olub (ödənişli əsaslarla 93.8 bal). Digər ixtisaslar üzrə isə “İstilik təchizatı və istilik texnikası avadanlıqları” 124.7 bal (ödənişli 98.1 bal), “Su təsərrüfatı qurğularının istismarı” 125.6 bal (ödənişli 101.2 bal), “Hidromeliorasiya və torpaq mühafizəsi” 126.4 bal (ödənişli 100.8 bal), “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” 126.9 bal (ödənişli 100.1 bal), “İnşaat məmulatlarının və konstruksiyalarının istehsalı” 126.7 bal (ödənişli 95.6 bal), “Bərpaçı” 128.8 bal (ödənişli 97.6 bal), “Qaz təsərrüfatı qurğularının istismarı” 130.1 bal (ödənişli 103.9 bal), “Geodeziya və kartoqrafiya” 141.4 bal (ödənişli 109.0 bal), “Avtomobil yollarının və aerodromların tikintisi və istismarı” 141.9 bal (ödənişli 103.7 bal), “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” 140.8 bal (ödənişli 115.1 bal) olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ən aşağı keçid balı “Kinooperator sənəti” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 128.7 bal olub (ödənişli əsaslarla 102.6 bal). Digər ixtisaslar üzrə isə “Mədəni kütləvi tədbirlərin təşkilatçısı” 137.4 bal (ödənişli 110.1 bal), “İnklüziv təhsil” 141.6 bal (ödənişli 110.5 bal), “Muzey işi və abidələrin qorunması” 145.6 bal (ödənişli 107.3 bal) olub.

Qabiliyyət tələb edən ixtisaslar üzrə isə ən aşağı keçid balı “Bədii yaradıcılıq işi” və “Populyar musiqi və caz ifaçılığı (vokal)” ixtisaslarında olub və hər iki ixtisas üzrə keçid balı 50.0 bal olub (ödənişli əsaslarla 50.0 bal olub). Digər ixtisaslar üzrə isə “Aşıq sənəti” 70.2 bal (ödənişli 50.0 bal), “İnstrumental ifaçılıq (fortepiano, tar, kamança, violin, nağara)” 74.7 bal (ödənişli 50.0 bal), “Aktyor sənəti” 84.0 bal (ödənişli 61.8 bal), “Vokal sənəti (xanəndəlik)” 107.4 bal (ödənişli 50.0 bal), “Dekorativ-tətbiqi sənət (bədii xalça)” 118.4 bal (ödənişli 89.3 bal) olub.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız