Süni intellektin tətbiqi yaxın illərdə bank əməliyyatları, dizayn və marketinq sahələrində insan əməyinə tələbatı azalda bilər. Bu barədə təhsil eksperti Elçin Əfəndi danışıb: Onun fikrincə, avtomatlaşdırmanın genişlənməsi bəzi peşələrin sıradan çıxmasına, digərlərində isə iş üsullarının dəyişməsinə gətirib çıxaracaq: “Bir neçə ildən sonra bəzi ixtisaslara ehtiyac azalacaq. Xüsusilə bank sektorunda operatorların və əməliyyatçıların yerinə yetirdiyi işlərin, […]