Universitetə imtahansız qəbul olmaq ümidi ilə kollec seçənlər DİQQƏT!

Kollecə yalnız universitetə imtahansız qəbul olmaq məqsədilə üz tutmaq bu təhsil müəssisələrinin əsas funksiyasını arxa plana keçirir.

Təhsil eksperti Elmin Nuri bildiribki:

Onun sözlərinə görə, kolleclərə marağın qorunmasında subbakalavrların universitetlərə imtahansız qəbul imkanının mühüm rolu var. Lakin bu imkana arxalanaraq seçim edənlər gələcəkdə gözlədikləri nəticəni əldə etməyə bilərlər.

Ekspert bildirib ki, bəzi şəxslər kolleci peşə və ixtisas qazandıqları müəssisə kimi deyil, universitetə keçid yolu kimi görürlər. Bu yanaşma isə kolleclərin əmək bazarı üçün mütəxəssis hazırlamaq vəzifəsini kölgədə qoyur.

Elmin Nurinin fikrincə, kolleclər elə inkişaf etməlidir ki, universitetə qəbul olmaq imkanı olan gənclər də konkret sənətə yiyələnmək üçün könüllü şəkildə bu müəssisələri seçsinlər.

O vurğulayıb ki, əsas məqsəd diplom almaqla məhdudlaşmamalı, məzunun qazandığı bacarıqla əmək bazarında yer tutması olmalıdır.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız