Texnoloji Yeniliklər

OpenAI bu il GPT-6 süni intellekt modelini istifadəyə verməyəcək

OpenAI şirkəti ilin sonuna qədər növbəti nəsil süni intellekt modelini – GPT-6-nı – təqdim etməyi planlaşdırmır. Lakin bu, şirkətin yeni böyük dil modellərini təqdim etməyəcəyi demək deyil. Böyük ehtimalla OpenAI mövcud GPT-5 modelini yeniləyəcək. Hazırda OpenAI şirkətinin GPT-5 modelinin bir neçə versiyası mövcuddur. ChatGPT-də standart olaraq GPT-5 Auto rejimi istifadə olunur – bu rejim avtomatik şəkildə standart və düşünmə (reasoning) versiyaları arasında keçid edir. […]

Texnoloji Yeniliklər

OpenAI-nin bazar dəyəri 500 milyard dollara çatıb

technote.az 10 illik tarixə sahib bir şirkət üçün OpenAI kifayət qədər dinamik inkişaf edir və investorların ona inamlarının yeni sübutu kimi baş tutmuş 6.6 milyard dollarlıq ikincil səhm yerləşdirməsi göstərilə bilər. Bu əməliyyat şirkətin bazar dəyərinin 500 milyard dollar səviyyəsində qiymətləndirilməsinə imkan yaradıb. Bloomberg-in qeyd etdiyinə görə, sövdələşmə çərçivəsində OpenAI-in hazırkı və keçmiş əməkdaşları öz səhm paketlərini sata […]

Texnoloji Yeniliklər

Bakıda startap icmasının görüş tədbiri keçirilib

22 sentyabrda Azərbaycan İnnovasiya Mərkəzində Azərbaycan Startup Communityinin ilk Kick-Off görüşü baş tutub.Görüşdə İnnovasiya və Rəqəmsal Agentliyin İnnovasiya Departamentinin rəhbəri Taleh Kərimli ,Startuplara dəstək şöbəsinin rəhbəri Camal Ağayev ,KidFi startupunun CEO-su Asif İbrahimov və 50-dən çox yerli startupların qurucuları iştirak ediblər. İlk olaraq İcmanın qurucusu Fehruz Cəbrayılov icmanın qurulma məqsədi,Azərbaycan startup ekosisteminə verəcəyi töhfələr barədə iştirakçıları […]

Texnoloji Yeniliklər

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. Azərbaycanda yeni tədris ilində  2,2 milyon təhsilalan olacaq.  2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq. Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.  Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur […]

Texnoloji Yeniliklər

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

tech.az paylaşdığı xəbərə əsasən Bu gün Bakıda Süni İntellekt Akademiyasının (“AI Academy”) açılışı olub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı […]

Texnoloji Yeniliklər

Azərbaycanda “Google”, “Microsoft” və “OpenAI”nin mərkəzləri yaradıla bilər

tech.az paylaşdığı xəbərə əsasən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, sentyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimində maraqlı açıqlamalar verib. O, jurnalistlərə verdiyi müsahibədə gələcəkdə Azərbaycanda Google, Microsoft, OpenAI və digər texnologiya nəhənglərinin elmi-tədqiqat mərkəzlərinin və bazalarının yaradılmasının mümkünlüyünü vurğulayıb. Prorektorun fikrincə, bu cür təşəbbüslər ölkənin informasiya texnologiyaları sahəsinin […]

Texnoloji Yeniliklər

“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı

    technote.az paylaşdığı xəbərə istinadəd,Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank” tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.       Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya […]

Texnoloji Yeniliklər

ChatGPT-dəki standart səs rejimi deaktiv ediləcək

 9 sentyabr tarixindən etibarən OpenAI şirkəti istifadəçilərin sakit, balanslı və “canlı” səslənməsinə görə sevdikləri ChatGPT-nin standart səs rejimini tamamilə deaktiv edəcək. Onun əvəzinə yalnız daha sürətli və ifadəli Advanced Voice Mode qalacaq və bundan sonra sadəcə ChatGPT Voice adlanacaq. Bu qərar birmənalı qarşılanmayıb. Auditoriyanın bir hissəsi texniki tərəqqiyə sevinirsə, əhəmiyyətli sayda istifadəçi narazılığını bildirib. Onların sözlərinə görə, köhnə “Standard” səsi insana daha yaxın idi, […]

Texnoloji Yeniliklər

Wikipedia süni intellekt tərəfindən tərtib edilmiş məqalələri siləcək

 İnternet süni intellekt tərəfindən yaradılmış informativ tullantılarla dolmağa başlayıb ki, bu da Wikipedia üçün ekzistensial bir təhdid yaradır. Çünki açıq giriş bu informasiya resursunun əsas gücü və dezinformasiyaya qarşı mübarizənin əsas vasitəsidir. Wikipedia-nın yeni siyasətinə əsasən, administratorlar artıq süni intellekt tərəfindən yaradılmış məqalə və düzəlişləri, o cümlədən mövcud olmayan mənbələrə verilən keçidləri sürətli şəkildə silə biləcəklər. Yeni qaydalara uyğun […]

Texnoloji Yeniliklər

Google Gemini süni intellekt əsaslı repetitor funksiyasını əldə edib

     Yeni tədris ilinin başlanğıcı ərəfəsində Google şirkəti Gemini platformasında Guided Learning adlı yeni alətin istifadəyə verildiyini elan edib. Bu alət bir növ süni intellekt repetitoru kimi fəaliyyət göstərir və istifadəçilərə sadəcə sualların cavablarını vermək deyil, öyrəndikləri materialı daha dərindən anlamağa kömək edir. Təxminən 1 həftə əvvəl OpenAI də ChatGPT üçün oxşar alət təqdim etmişdi. Bu alətin məqsədi də yalnız suallara cavab vermək deyil, istifadəçilərə tənqidi düşünmə […]