Olimpiada Sınaq İmtahanları

Respublika fənn olimpiadaları, Azərbaycanda istedadlı şagirdlərin elm və təhsilə marağını artırmaq, onların bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil olunan nüfuzlu müsabiqələrdir. Bu olimpiadalar Təhsil Nazirliyi və digər əlaqəli qurumların təşkilatçılığı ilə keçirilir. Olimiyadalar bir neçə səviyyədə keşirili. -Məktəb mərhələsi -Rayon (şəhər) mərhələsi -Respublika mərhələsi -Beynəlxalq olimpiadalara seçim.

Şagirdlərə siniflərə və fənnə görə dəyişən formatda 30–50 qapalı test sualı təqdim edilir və cavablandırmaları üçün 3 saat vaxt verilir. Azərbaycan Respublikasında keçirilən Respublika fənn olimpiadalarında (həm rayon mərhələsi, həm respublika mərhələsi) hər fənn üzrə təqdim olunan sualların sayı mərhələdən mərhələyə fərqlənir:

Edusinaq.az onlayn sınaq imtahanları platforması bu ənənəyə uyğun olaraq fənn olimpiadaları sinaq testlərinin təşkilinə start vermişdir. Məqsədimiz Şagirdlər arasında elmi bilikləri təşviq etmək, istedadlıları müəyyən edib inkişaf etdirməkdə dəstək olmaqdır. Şagirdlərə standart formatda 40 qapalı test sualı təqdim edilir və cavablandırmaları üçün 80 dəqiqə vaxt verilir. Hər bir sual 2,5 balla qiymətləndirilir.

Keçirilmə mərhələləri (adətən):

  1. Məktəb mərhələsi (noyabr-dekabr) – Hər məktəbdə keçirilir.
  2. Rayon mərhələsi (yanvar-fevral) – Rayon üzrə bir neçə məktəbin iştirakçısı olur.
  3. Respublika mərhələsi (aprel-may) – Ölkənin ən yaxşı şagirdləri yarışır.
  4. Beynəlxalq olimpiadalara hazırlıq – Respublika mərhələsinin qalibləri arasından seçilənlər xüsusi təlimlərə cəlb olunur.

Mükafatlar:

  • Qızıl, gümüş və bürünc medallar
  • Diplom və sertifikatlar
  • Qaliblər bəzi hallarda universitetlərə imtahansız qəbul hüququ qazana bilirlər (müvafiq qaydalara əsasən).
  • Beynəlxalq olimpiadalarda iştirak şansı