Qəbul imtahanlarının tarixi ELAN OLUNDU !

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsinin I cəhdinin keçirilmə tarixləri müəyyənləşdirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanı 24 may tarixində keçiriləcək.

I və IV ixtisas qrupları üzrə imtahan isə 7 iyun tarixində təşkil olunacaq. Həmin gün həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da baş tutacaq.

Qeyd edək ki, imtahanlarda iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.

Ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız