Azərbaycanda orta və ali təhsil sistemində qiymətləndirmə sistemi təhsilalanların bilik, bacarıq və səriştələrinin obyektiv ölçülməsinə xidmət edir. Bu sistem şagird və tələbələrin akademik nailiyyətlərini müəyyənləşdirməklə yanaşı, tədris prosesinin keyfiyyətinin artırılmasına və nəticəyönümlü təhsilin formalaşmasına mühüm təsir göstərir. Hazırkı qiymətləndirmə sistemi şagird və tələbələrin motivasiyasını artırmaq baxımından nə dərəcədə effektivir? Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, təhsil sistemində qiymətləndirmə çox zaman sadəcə “şagirdin biliyini ölçmək” kimi dar çərçivədə başa düşülür: