Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında peşə təhsilinə dair Əlavə Protokolu təsdiqləyib.
Dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” təsdiq edilsin”.