
İnam Təhsil və İnkişaf Mərkəzi keyfiyyətli təhsil və fərdi inkişafı əsas məqsəd seçmiş müasir tədris müəssisəsidir. Burada universitetə hazırlıq, fənn üzrə gücləndirmə və xarici dil kursları təşkil olunur. Tədris prosesi təcrübəli yerli və xarici müəllimlər tərəfindən aparılır. Dərslər müasir metodika və interaktiv yanaşmalar əsasında keçirilir. Mərkəz daim yenilənən proqramları ilə təhsildə inkişafa töhfə verməyi hədəfləyir.

Artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərən Rise Akademiyası yüzlərlə tələbənin inkişaf yolunda real nəticələrə imza atıb. Bizim üçün əsas məqsəd sadəcə dərs keçmək deyil — nəticə göstərməkdir. Akademiyamızda İngilis, Alman, Fransız, İspan, Ərəb, Rus, İtalyan, Çin, Yapon və Koreya dilləri üzrə keyfiyyətli və sistemli tədris həyata keçirilir. Hər proqram praktik yönümlü şəkildə qurulur və tələbənin danışıq, qrammatika və tətbiq bacarıqları paralel şəkildə inkişaf etdirilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə məzunudur. Ümumilikdə 8 illik pedaqoji təcrübəyə malikdir. Son 3 il ərzində General English, Pre-IELTS və Speaking istiqamətləri üzrə fəaliyyət göstərir. Xarici sertifikatlara sahibdir və müasir tədris metodları ilə şagirdlərin dil bacarıqlarının inkişafını təmin edir.

Moskva Dövlət Universitetində (2005–2010) Lingvistika fakültəsi üzrə (İngilis–Fransız dili) ali təhsil almışdır. Hazırda Lomonosov adına Moskva Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir. Bununla yanaşı, evdə repetitorluqla da məşğuldur. Peşəkar yanaşması və çoxillik təcrübəsi ilə şagirdlərin dil bacarıqlarının inkişafına dəstək olur.

Taras Şevçenko adına Kiyev Milli Universiteti – Mülki və təsərrüfat hüququ (magistr) Naxçıvan Dövlət Universiteti – Hüquqşünaslıq (bakalavr) Azərbaycan Dövlət İqtisad Universiteti – Beynəlxalq iqtisadi münasibətlər (bakalavr və magistr) 2008-ci ildən etibarən dövlət qulluğunun müxtəlif istiqamətləri (mülki dövlət orqanları, miqrasiya, ədliyyə, gömrük və digər xüsusi dövlət qurumları) üzrə qanunvericilik (hüquq) fənnini tədris edir. Dövlət qulluğuna hazırlıq sahəsində uzunillik təcrübəyə malikdir.

Azərbaycan Universitetinin Menecment (BBA) ixtisası üzrə məzunudur. TEFL/TESOL və Onlayn dərs metodikaları üzrə sertifikatlara sahibdir. 14 ildən artıq pedaqoji təcrübəyə malikdir. 2009-cu ildən etibarən onlayn və fərdi İngilis dili dərsləri keçir, abituriyent və məktəb şagirdləri üçün test və sınaq imtahanlarına hazırlıq aparır. Danışıq və yazı bacarıqlarının inkişafı, qrammatika və lüğət tədrisi üzrə ixtisaslaşmışdır. Edusinaq.az və digər onlayn təhsil platformalarında fəaliyyət göstərir.





Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (2020–2024) məzunudur. 2 illik pedaqoji fəaliyyətə malikdir. Müasir tədris metodları ilə şagirdlərin qrammatika, ədəbiyyat və yazı bacarıqlarının inkişafına dəstək olur.
