Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başa çatdı.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün seçim ediblər.
Hər bir bakalavra 20-dək ixtisaslaşma kodunu seçmək imkanı yaradılıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 27 iyul saat 15:58-ə olan məlumata əsasən, 15717 bakalavr (Azərbaycan bölməsi – 14322, rus bölməsi – 1395) ərizəsini təsdiq edib.
DİM-dən nəticələrin yaxın 3 gün ərzində elan olunacağı bildirilib.
Bu il magistratura üçün plan yerlərinin sayı isə 17688-dir.









