III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!

Son günlər sosial şəbəkələrdə III ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin bu il ötən ilki qədər gərgin olmayacağı ilə bağlı proqnozlar yayılıb. Əlbəttə, dəqiq proqnoz vermək mümkün deyil.

Maraqlıdır, bu fikirlər nə dərəcədə realdır?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, digər qruplarda vəziyyət üçüncü qrupa nisbətən daha yaxşıdır:

“Bu ilki buraxlış imtahanlarının cavabı hələ ki, açıqlanmayıb. Amma ümumi iştirakçıların müvafiq olaraq etalon sualları üzərindən nəticələrini yoxlaması, o cümlədən imtahanın gedişatı ilə bağlı fikirləri və ümumi sorğular nəzərə alındıqda, üçüncü ixtisas qrupu üzrə riyaziyyat fənindən nəticələrdə bəzi çətinliklərin olduğu görünür. Məntiqi nəticə olaraq üçüncü ixtisas qrupu üzrə göstəricilər buraxlış imtahanı nəticələri ilə müqayisədə bir qədər aşağı ola bilər.

Təbii ki, belə aşağı göstəricilər ümumi müsabiqəyə təsir göstərə bilər. Əvvəlki illərdə də bu müşahidə olunmuş və nəticədə üçüncü qruplarda müəyyən dəyişikliklər baş vermişdir. Bu il də ehtimal olunur ki, oxşar vəziyyət təkrar oluna bilər”.

Blok imtahanında iştirakçılar ciddi səylə hazırlaşmalıdırlar:

“Digər qruplarda vəziyyət üçüncü qrupa nisbətən daha yaxşıdır. Xüsusilə birinci və ikinci qruplarda iştirakçılar riyaziyyat fənnini daha yaxşı yazırlar. Azərbaycan dili ilə bağlı bəzi çətinliklər olsa da, bu onların nəticələrinə ciddi təsir etmir.

Üçüncü qrupda isə, məhz riyaziyyat fənində çətinlik daha çox müşahidə olunur. Əsas imtahan nəticələri ən gec mayın 15-nə qədər açıqlanacaq və bu zaman daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Hazırda proqnozlar mövcuddur, amma bunlar yekun nəticə deyil, çünki iştirakçılar qəbul (blok) imtahanında da iştirak edəcək və orada uğurlu olmalıdırlar.

Gözlənti ondan ibarətdir ki, bu il üçüncü əsas qrupu üzrə rəsidlərin sayı kifayət qədər artacaq. Abituriyentlərin say çoxluğu müsabiqənin gərgin olma ehtimalını artırır. Ballara nəzərən, ötən illərlə müqayisədə, müsabiqə göstəriciləri o qədər gərgin olmaya bilər, amma iştirakçı sayının çoxluğu müəyyən qədər gərginlik yarada bilər. Ona görə də blok imtahanında iştirakçılar ciddi səylə hazırlaşmalıdırlar”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız