Daha rahat İstifadə üçün mobil versiyanı yükləyin!

Emin Əmrullayev Mərakeş Krallığında rəsmi səfərdədir.

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfər edib.  Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, səfər zamanı Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Təlbi Alami ilə görüş baş tutub. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə müzakirə aparılıb.

Bundan başqa, Emin Əmrullayev bu ölkənin milli təhsil, məktəbəqədər və idman naziri Mohamed Saad Berrada ilə görüşüb, iki ölkə arasında məktəbəqədər və ümumi təhsil, eləcə də STEAM təhsili sahəsində cari əməkdaşlıq və gələcək təşəbbüslər barədə müzakirə aparıb.

    Mənbə : Elm və Təhsil Nazirliyinin verdiyi məlumata əsasən

    Rəy Yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Seçilən İmtahanlarımız