2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənləri üzrə yeni növ tapşırıq modelindən istifadə ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində bildirib. O qeyd edib ki, həmin tapşırıq modelindən bu il IX sinif buraxılış imtahanlarında ilk dəfə istifadə olunub. DİM-dən bildirilib ki, söhbət […]