Buraxılış imtahanında qələm qalmaqalı: nəticələr ləğv oluna bilər?

9 və 15 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bir sıra abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublar.

Bu məsələ ətrafında müzakirələr aparılır və belə qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılıb-sayılmayacağı sual doğurur.

Dövlət İmtahan Mərkəzindən (DİM) əldə olunan məlumata görə, yazıb-pozan qələmlə cavab kartını dolduran abituriyentlərin cavabları aydın və düzgün qeyd olunubsa, onlar nəzərə alınacaq.

Qeyd edək ki, buraxılış imtahanının nəticələrinin imtahan başa çatdıqdan təxminən 7 həftə sonra elan edilməsi nəzərdə tutulur.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız