• Bizi izləyin :
Müəllimlərimiz

Aytac Bayramova

Tələbələrin inkişafını dəstəkləmək üçün kurator kimi fəaliyyət göstərirəm və məqsədim onların təhsil yolunda doğru və əmin addımlarla irəliləmələrinə yardım etməkdir. Mən təhsilin gücünə və hər insanın öz bacarıqlarını reallaşdıra biləcəyinə inanıram, buna görə də bu işi böyük həvəs və məsuliyyətlə görürəm. Sadəcə sınaq keçirtmək yox, öyrənmə prosesində düzgün istiqamət göstərmək əsas prioritetimdir.

İstifadə etdiyimiz materiallar sadəcə testlərdən ibarət deyil, həm də analiz etmək, tətbiq etmək və özünü təkmilləşdirmək üçün vasitələrdir.Hər test imtahan standartlarına uyğun hazırlanır və şagirdin həm bilik, həm də motivasiya baxımından hazır vəziyyətdə olmasına kömək edir.

Bu qiymətləndirmələr şagirdlərin mövcud biliklərini ölçür və onları müəyyən olunmuş hədəflərə yönəlmiş daha məqsədyönlü çalışmağa təşviq edir. Təhsil sahəsindəki peşəkarlarla birlikdə işləyərək, yalnız düzgün cavabları deyil, həm də səmərəli öyrənmə metodlarını paylaşmağa çalışıram.