Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən “Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb. O, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.
K. Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq, solo violino üçün M. Həşimovun və A. Əliyevin “Rast” improvizasiyalarını ifa edib.
Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.
Müsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi, tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.