Aprelin 5-də keçirilmiş buraxılış imtahanında 8 nəfər maksimal nəticə göstərib !

Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız