2026-cı il təhsil sahəsində transformasiya ili kimi dəyərləndirilir. Həm Azərbaycanda, həm də dünyada təhsilin mahiyyətinə təsir edən əsas dəyişikliklərin davam etdiyi, yeni yanaşma və tendensiyaların formalaşdığı bir mərhələyə daxil olunur. Bu proses təkcə dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmır; texnologiya, bacarıqların inkişafı, maliyyələşdirmə mexanizmləri və təhsil strategiyaları da yeni məzmun qazanır. Bu baxımdan, 2026-cı ildə təhsildə əsas prioritet istiqamətlərin nələrdən ibarət olacağı maraq doğurur. Rəqəmsal texnologiyalar təhsilin keyfiyyətinə necə təsir göstərəcək? Şagird və tələbələrin gələcək peşə bacarıqlarına hazırlığı hansı mexanizmlərlə təmin olunacaq? Mövzu ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki, 2026-cı il artıq təhsildə “islahat” anlayışının texniki mənada istifadə olunduğu dövr deyil: