Bakıda startap icmasının görüş tədbiri keçirilib

22 sentyabrda Azərbaycan İnnovasiya Mərkəzində Azərbaycan Startup Communityinin ilk Kick-Off görüşü baş tutub.Görüşdə İnnovasiya və Rəqəmsal Agentliyin İnnovasiya Departamentinin rəhbəri Taleh Kərimli ,Startuplara dəstək şöbəsinin rəhbəri Camal Ağayev ,KidFi startupunun CEO-su Asif İbrahimov və 50-dən çox yerli startupların qurucuları iştirak ediblər.

İlk olaraq İcmanın qurucusu Fehruz Cəbrayılov icmanın qurulma məqsədi,Azərbaycan startup ekosisteminə verəcəyi töhfələr barədə iştirakçıları məlumatlandırıb,daha sonra panel müzakirə hissəsində iştirakçıların bu sahədə üzləşdiyi çətinliklər ,onların həlli yolları ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki,Azərbaycan Startup Community yerli startup qurucularını bir araya gətirərək ,onların şəbəkələşməsini ,eləcə də vahid şəkildə ekosistemə dəyər qatmağı proritetləşdirib.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız