Bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.
Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.
Süni intellekt (Artificial Intelligence) nədir?
On il bundan əvvəl əgər siz iclasda və ya hər hansı bir auditoriyada süni intellekt terminini işlətmiş olsaydınız, ən yaxşı halda sizə doyunca güləcəkdilər. Bu söz birləşməsinin qulaqlarında cingildədiyi anda bir çox insan 2001: A Space Odyssey filmindəki HAL və ya Star Trek-dəki Data maşınını beynində canlandıracaq (əgər izliyibsə).
Bugün isə iş dünyasında ən çox istifadə olunan ifadələr siyahısındadır. Süni intellekt (Aİ) texnologiyası bugün iş dünyasında başverən dijital transformasiyanın (rəqəmsal çevrilmənin) əsas parçalarından biridir ki, şirkətlər toplanan və ya yaradılan məlumatlara (data) görə külli miqdarda pul ödəmək üçün sıraya düzülüblər. Beyninizdə sual yarana bilər ki, dijital transformasiya və yaxud (dilimizə daha yaxın olan formada) rəqəmsal çevrilmə nə deməkdir. Rəqəmsal çevrilmə daim dəyişən biznes, bazar, istehlakçı tələblərinə cavab verə bilmək üçün rəqəmsal texnologiyalardan istifadə etmədir. Rəqəmsal çevrilmə çox böyük gəlir gətirmə potensiyalı olduğu üçün sahibkarlar lazımi məlumatlara pul ödəməkdən çəkinmirlər.
Yaxşı bəs bu dəyişiklik necə baş verdi?
Bu müəyyən qədər Big Data “inqilabından” qaynaqlanır. Belə ki, məlumatın çoxluğu intensiv tədqiqata icazə verdi. Daha sonra intensiv tədqiqat işinə maşınların insanlardan daha uyğun olduğu bəlli oldu. İnsanlar üçün yeganə iş bu maşınları daha səmərəli tədqiqat etmələrini təmin etmək üçün mümkün qədər “daha ağıllı” etməyə çalışmaq oldu. Nəticədə həmin ağıllı maşınlar bugünki adı ilə süni intellekt yarandı.