Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək :

“SABAH proqramlarının müəssisə, ixtisas və tələbə sayının artırılması Azərbaycan ali təhsili üçün irəliyə doğru addımdır”.

Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib:

Nazir bildirib ki, SABAH proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

“Növbəti yeni ali təhsil müəssisələri ilə bağlı danışarkən “Azcon Holding”lə birlikdə Azərbaycan Texniki Universitetinin nəzdində Münhen Universiteti ilə əməkdaşlıqda yeni Mühəndislik və Texnologiya Məktəbinin fəaliyyətə başlamasını qeyd etmək istəyirəm. Düşünürəm, bu da çox unikal layihədir”, – Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, “Azcon” – School of Engineering and Technology (“ASET”) adı altında fəaliyyətə başlayan təhsil müəssisəsində dünyanın aparıcı universitetlərindən biri olan Münhen Universitetinin akademik proqramlarının dəstəyindən istifadə olunacaq.

“Faktiki olaraq tələbələrimizə ilk dəfə sənayenin ən aparıcı təmsilçilərindən biri olan “Azcon”la və dünyanın aparıcı universitetlərindən biri olan Münhen Universiteti ilə birgə akademik proqramın dəstəyi yüzlərlə tələbənin həyatını daha yaxşıya doğru dəyişəcək. İnanıram ki, bu imkan Azərbaycan vətəndaşları üçün önəmli imkanlardan biridir”, – nazir bildirib.

Nazir qeyd edib ki, peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə iki dəfə artıb.

Eyni zamanda, yeni ixtisasların sayı da artırılıb.Onun sözlərinə görə, növbəti illərdə ölkədə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulur.

“2030-cu ilə qədər biz bu işi bitirsək, tam səmimi olaraq Azərbaycanın tarixində ən yaxşı peşə infrastrukturuna malik olmaq səviyyəsinə və şəraitinə gəlib çıxacağıq.

Əminəm ki, bu iş uğurla tamamlanarsa, peşə təhsili ilə ali təhsil arasında düzgün balans tapıla biləcək”, – Emin Əmrullayev deyib.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız