• Bizi izləyin :
Təhsil xəbərləri

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb. report.az paylaşdığı xəbərə istinadəd , Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.